Ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi

Ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi

Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri məlumat yayıb.

“Andrey Danilkonun BƏƏ-yə girişi ömürlü qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib”, – məlumatda bildirilib.

Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır.

Qeyd olunur ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.

Teqlər: