Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün çox
effektiv iş həyata keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu deputat Aydın Mirzəzadə Milli
Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Ukraynadan təxliyə edilən vətəndaşların arasında
çoxlu sayda şagird və tələbələr var. Deputat vurğulayıb ki, həmin
şagird və tələbələrin Azərbaycanda öz təhsillərini davam etdirməsi
üçün imkan yaradılmalıdır:
“Təcili sürətdə həmin tələbələrin Azərbaycan unversitetlərində
yerləşdirilməsi üçün tədbirlər görülməlidir”, – millət vəkili
deyib.