Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında Bolqarıstan gimnastları Azərbaycan musiqisi ilə çıxış ediblər (VİDEO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında Bolqarıstan gimnastları Kalina Terziyska və
Kristiyan Angelov öz çıxışlarını Ələkbər Tağıyevin “Sən gəlməz
oldun” kompozisiyası ilə təqdim edblər.

Trend-in
məlumatına görə, Azərbaycan musiqisi ilə çıxış edən gimnastlar
balans hərəkətlərində 25,650 xal toplayıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.


Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: