Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı 9200-ü ötüb

Bu gün səhər saat 9-a olan məlumata görə, Ukraynadan təxliyə
edilən vətəndaşlarımızın sayı 9246 nəfərdir.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

O bildirib ki, vətəndaşlarımızın Ukraynadan təxliyəsi
istiqamətində zəruri tədbirlər davam etdirilir.

Teqlər: