14:26
Ukrayna ordusu “Çernomorneftqaz” qazma platformasına raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.
“5 nəfər xilas edilib. Onlardan 3-ü yaralıdır. Digərlərinin axtarışı davam etdirilir”, – Aksyonov bildirib.
Rusiya Müdafiə Nazirliyi patrul katerləri və aviasiyanı axtarış-xilasetmə işlərinə cəlb edib.
Ukrayna tərəfi Krımdakı qazma platformasının vurulması ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Teleqram kanallarının məlumatına görə isə vurulan platformada bir neçə gündür rus hərbçiləri fəaliyyət göstərirmiş. Hətta Rusiya KİV-ləri platformada olan hərbçilərin fotolarını da yayıb.
Məlumata görə, ruslar elektron kəşfiyyatın köməyi ilə suüstü vəziyyəti izləmək üçün həmin platformadan istifadə ediblər.