Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsindən dərin narahatlıq hissi keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, Saakaşvilinin Avropa və ya Amerikada müalicəsinə icazə verilməlidir:
“Ukrayna vətəndaşının kritik vəziyyətini nəzərə alsaq, Gürcüstan tərəfini ona müvafiq tibbi yardım göstərməyə, habelə Mixail Saakaşvilinin cəzasının onun müalicəsi üçün təxirə salınması və Avropa Birliyinə və ya Amerika klinikalarından birinə köçürülməsi ilə bağlı vəsatəti təmin etməyə çağırırıq”.