Azərbaycan futbolunun yükü… – Qurbanov

Azərbaycan futbolunun yükü… – Qurbanov

Bir il sonra sizlərin qarşısında olmaq, bu adı qoruyub-saxlamaq çox xoşdur. Burada öz fikirlərimə qulaq asıram, minimum titulu qorumaq üçün bir il heç də az əziyyət çəkmədik. Bunun bəhrəsini gördüm, ilin məşqçisi seçildim.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi ilin ən yaxşısı seçilməsi barədə danışarkən deyib.

“Buradakı klipi görəndə, bu ad mənə veriləndə, daha da, məsuliyyətli və istəkli oluram. Çalışıram ki, azarkeşlərin, sizlərin inamını qoruyub-saxalayım. Buna nail ola bilirəmsə, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm. Çox çalışan məşqçilər və idarəçilərimiz var. Hansı ki, futbolumuzun daha yaxşı səviyyəyə çatmasını istəyirlər. İnanıram ki, məndən də daha yaxşıları olacaq. Öz üzərimə düşəni etməyə çalışıram. Mənə nanırlarsa, bunu layiqincə qorumağa çalışıram. Sizin fikirlərinizə çox diqqətlə qulaq asıram. Bayaq dediniz, Qurban müəllim və başqaları. Fikirlərinizə görə təşəkkür edirəm. Amma bizim çox yaxşı, bacarıqlı məşqçilərimiz var. Onlar da futbolumuza fayda verəcək. Hər birinizə öz işinizdə uğurlar arzu edirəm”, – Q.Qurbanov qeyd edib.

Teqlər: