Ukraynadan Putinə: Bu, rus soyqırımının bariz nümunəsidir!

Ukraynadan Putinə: Bu, rus soyqırımının bariz nümunəsidir!

Heç bir “kollektiv Qərb” planı yoxdur. Yalnız konkret z-ordu suveren Ukraynaya daxil oldu, şəhərləri atəşə tutdu və dinc əhalini öldürdü. Qalan hər şey primitiv təbliğatdır. Ona görə də cənab Putinin “son Ukraynaya qədər müharibə” sözləri düşünülmüş rus soyqırımına sübutdur.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Qeyd edək ki, Putin Qərbin son ukraynalıya qədər Rusiya ilə döyüşmək fikrində olduğunu açıqlamışdı.

Teqlər: