Ukraynadan Krımdakı ruslara müraciət: Evinizə gedin!

Ukraynadan Krımdakı ruslara müraciət: Evinizə gedin!

Krım işğaldan azad olacaq. Bu, Ukraynanın vəzifəsi və borcudur. Yarımadaya qanunsuz gəlmiş Rusiya vətəndaşlarının evlərinə getmələrinin artıq vaxtı çatıb.

AzerTimes xəbər verir ki, bunu barədə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib.

“Biz işğal olunmuş Krıma qeyri-qanuni yolla gələn Rusiya vətəndaşlarına ayrıca müraciət edirik. Ərazimizə qeyri-qanuni gələn hər birinizdən Tümendəki evlərinizə getməyinizi xahiş edirik. Elista, Saransk, İrkutsk və ya haradan gəlmisinizsə, ora gedin”, – Taşeva bildirib.

Teqlər: