Ukraynadan daha 2 taxıl gəmisi yola düşdü

Ukraynadan daha 2 taxıl gəmisi yola düşdü

Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukrayna limanlarından taxıl daşımaları davam etdirilir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu səhər İtaliyaya 11 min ton soya daşıyan “Sacura” gəmisi “Yujnı”, 48 min 458 ton qarğıdalı daşıyan “Arizona” gəmisi isə “Çernomorsk” limanlarından yola düşüb.

Dünən yola düşən 4 gəmi isə bu gün axşam saatlarında İstanbulda lövbər salacaq və sabah yoxlamadan keçəcək”, – məlumatda bildirilib.

Teqlər: