Ukraynanın hazırlaşdığı əks-hücum 4 fazadan ibarətdir:
1. Bir neçə istiqamətdə əlverişli mövqelərin (təpələrin, taktiki hücum üçün vacib yaşayış məntəqələrinin və s) əldə olunması.
Tamamlanıb.
2. Ukrayna quru qoşunlarını təmas xəttində rusiyalıların aviasiyasından qorumaq üçün müasir HHM sistemlərinin cəbhəyə yaxın ərazilərdə yerləşdirilməsi.
Tamamlanıb. Biz bunu son günlər ərzində rusiyalıların vurulan qırıcı və helikopterlərindən görə bilərik.
3. Rusiyalıların logistika və strateji hərbi infrastrukturuna kütləvi zərbələr.
Proses gedir və son 48 saat ərzində fantastik miqyasda kütləvi zərbələr endirilir.
4. İldırımsürətli hücum – blitskriq.
Görsənən odur ki, yaxın günlərdə Ukrayna SQ blitskriqə start verəcək.
Son 48 saat ərzində bir çox obyektlər vuruldu. Vacibliyinə və zərbələrin gücünə görə bir neçəsini qeyd etmək lazımdır:
– Baxmut şəhərinin yaxınlığındakı İvanqrad yaşayış məntəqəsində yerləşən yeraltı silah anbarına zərbə endirilib, anbar məhv edilib.
Qeyd etnək lazımdır ki, Qərbin son hərbi yardım paketləri çərçivəsində verdiyi raketlər yeraltı obyektləri məhv etmək gücündədir;
– Donetsk şəhərində rusiyalıların hərbi bazasına ardarda 2 raket zərbəsi endirilib;
– Mariupolda “Azovstal” zavodu ərazisində rusiyalıların hərbi bazası raketlə vurulub;
– Berdyansk şəhərində rusiyalıların HHM sistemləri saxladığı bazaya bir çox raket zərbələri endirilib, çox sayda HHM sistem məhv edilib, o cümlədə S-300-lər.
Bunlar ən vacibləridir. Bu gün səhər saatlarından Berdyansk, Mariupol, Belqorod vilayətinə dayanmadan zərbələr endirilir.
Başqa sözlə, əks-hücumun 3-cü fazası yekunlaşdırılır və blitskriqə hazırlıq gedir.