Rusiya ilə heç bir danışıqlar aparılmayıb – Qaribaşvili

Rusiya ilə heç bir danışıqlar aparılmayıb – Qaribaşvili

Gürcüstan hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

“Bizim heç bir danışıqlarımız olmayıb, hökumətimiz heç bir danışıqlar aparmayıb. Bizim çox böyük diasporumuzun nümayəndələri bunu xahiş ediblər, gürcü biznesi bunu istəyib, mən bilirəm ki, başqa qruplar da bunu istəyiblər”, – Qaribaşvili bildirib.

Qeyd edək ki, Putinin fərmanı ilə 15 maydan Gürcüstana birbaşa uçuşlar bərpa edilib və Gürcüstan vətəndaşlarına viza rejimi aradan qaldırılıb. Qərbmeyilli qüvvələr, o cümlədən Prezident Zurabişvili isə buna kəskin etiraz edirlər.

Teqlər: