Ukraynadakı müharibə ikili standartları üzə çıxardı – Çavuşoğlu

Ukraynadakı müharibə ikili standartları üzə çıxarıb. Bura Yaxın
Şərq deyil, burada niyə qan axır deyənlər də oldu. Ukraynada
tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır.

AzerTimes xəbər verir ki, bunu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı
Təşkilatının XİN başçılarının İslamabadda keçirilən 48-ci iclasında
çıxışı zamanı deyib.

O əlavə edib ki, Çində uyğur türkləri dini və milli kimliklərini
qorumaqda çətinlik çəkir, müsəlmanların ən çox yaşadığı ölkələrdən
biri olan Hindistanda isə baş örtüyü qadağası var.

Teqlər: