24 fevral 2022-ci il tarixində Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi
Şuranın xüsusi iclası keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən AzerTimes-a verilən məlumata görə, iclasda xarici
işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak
edib.
Xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı
vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd
edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı
bildirilib.
Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin
bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib
olduğu vurğulanıb.
Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının
alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.