Ukraynada soydaşımız təltif olundu – Foto

Ukraynada soydaşımız təltif olundu – Foto

Ukraynada yaşayan soydaşımız, Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatiya Klubunun prezidenti Emin Nəcəfli medalla təltif olunub.

AzerTimes xəbər verir ki, Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayev Emin Nəcəflini Qazaxıstanın xarici işlər naziri adından Ukrayna və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illik yubileyi münasibətilə ordenlə təltif edib.

Səfir yüksək qiymətə və sıx əməkdaşlığa görə soydaşımıza təşəkkür edib.

Qeyd edək ki, E.Nəcəfli 2021-ci ilin dekabrın sonlarında TÜRKSOY tərəfindən də medalla təltif olunub. O, TÜRKSOY-un “Albay” xatirə medalına layiq görülüb.

Teqlər: