Ukrayna qoşunları Rusiya ordusunun qərargahına zərbə endirib, nəticədə 12 hərbçi məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna SQ-nin zabiti Anatoli Ştefan deyib.
O, öldürülən rus hərbçilər arasında yeni təyin olunmuş briqada komandiri, artilleriya briqadasının rəisi, kəşfiyyat briqadasının rəisi və digər zabitlərin olduğunu bildirib.
Ştefan əməliyyatın hansı bölgədə baş tutduğunu açıqlamayıb.