İvanka atasına yardım etməyəcək – Trampın cavabı

İvanka atasına yardım etməyəcək – Trampın cavabı

Saxta xəbərlərin əksinə olaraq, mən heç vaxt Cared və ya İvankadan 2024-cü ildə keçiriləcək prezident seçkiləri kampaniyasında iştirak etmələrini xahiş etməmişəm.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşner və qızı İvanka Trampdan növbəti seçki kampaniyasında iştirak üçün xahiş etməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, İvanka cari ilin noyabrında atasının 2024-cü il kampaniyasına qatılmayacağını və heç bir siyasi ambisiyasının olmadığını söyləyib:

“Mən atamı çox sevirəm. Bu dəfə kiçik uşaqlarıma və şəxsi həyatıma üstünlük verməyi seçirəm. Siyasətlə məşğul olmaq fikrində deyiləm”.

Trampın qızı və kürəkəni 2016 və 2020-ci illərdəki prezidentlik kampaniyaları zamanı Donald Trampın ən yaxın məsləhətçiləri olub.

Teqlər: