Ukraynada ruslar haqqında disk tapıldı: gizli məlumatlar…

Ukraynada ruslar haqqında disk tapıldı: gizli məlumatlar…

Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkar ediblər.

AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Diskdə Rusiya ordusunun Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib.

Eyni zamanda, Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatların diskdə əks olunduğu deyilir.

Bildirilib ki, bununla da Ukrayna hüquq-mühafizə orqanları ölkəyə yeridilən Rusiya hərbçilərinin xasiyyətnaməsini və pasportlarının surətini əldə ediblər.

Teqlər: