Ukraynada rus agentləri bu tarixdən məhv edilməyə başlayıb

Ukraynada rus agentləri bu tarixdən məhv edilməyə başlayıb

Ukraynada rus agentləri, xüsusən də təbliğatçılar hələ 2020-ci ildə məhv edilməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

“Müharibə Putinin Krım yarımadasını işğal etməsi ilə başladı və təəssüf ki, o zaman Ukraynadan cavab almadı və yoluna davam etdi”, – o bildirib.

Danilov əlavə edib ki, Rusiyanın tammiqyaslı işğalı ilə bağlı ilk zənglər 30 oktyabr 2021-ci ildə başlayıb:

“2020-ci ildən başlayaraq biz ölkədə rus agentlərini məhv edirik və media adlanan, əslində isə təbliğat xarakterli Rusiya mediasının rolunu azaldırdıq. Biz ölkəni müharibəyə hazırlayırdıq”.

Teqlər: