Ukraynada özəl hərbi şirkətlər və Milli Qvardiyanın əsgərləri də daxil olmaqla 400 minə qədər Rusiya əsgəri döyüşür.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov bildirib.
Onun sözlərinə görə, rusların tərəfində çox az əcnəbi döyüşür:
“Xüsusən də əcnəbilərlə vuruşmağa çalışmadılar, itkiləri Ukraynadakı məhbusların hesabına doldurmaq yanaşmasından istifadə etdilər”.