Ukrayna hüquq-mühafizə orqanları Zaporojye vilayətində “Motor Sich” kompaniyasının rəhbəri Vyaçeslav Boquslayevi saxlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, şirkət rəhbəri dövlətə xəyanətdə ittiham olunur, onu ömürlük həbs cəzası gözləyir.
Hazırda V.Boquslayevin konvoyda Kiyevə apardığı bildirilib.