İrandakı aksiyalara dəstək nümayişi: 80 min insan…

İrandakı aksiyalara dəstək nümayişi: 80 min insan…

Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Almaniya polisi yayıb.

Minlərlə insan Avropanın digər şəhərlərindən Berlindəki nümayişdə iştirak etmək üçün Almaniyaya axışıb.

Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir.

Teqlər: