Ukraynada hərbi əməliyyatlar həlledici mərhələyə qədəm qoyub.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
“Rusiya Ukraynadan, onun müttəfiqlərindən daha çox tab gətirə biləcəyini düşünür, lakin bu, onun ən son səhvlərindədir”, – Ostin qeyd edib.
Ostin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Qərbin onlara verdiyi HIMARS, M-270 reaktiv yaylım atəş sistemləri və 155 mm-lik haubitsalarda ustalıq nümayiş etdiriblər.