Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İsveçin Baş naziri Maqdalena Andersson ilə Kiyevdə keçirilən brifinqdə bildirib.
O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür. Ukrayna ixracatçı kimi bunda maraqlıdır.
“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, – Zelenski söyləyib.