Göyçədə yenə atışma baş verdi

Göyçədə yenə atışma baş verdi

İrəvan-Göyçə yolunda atışma qeydə alınıb.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, 4 iyul saat 21:00 radələrində İrəvan-Göyçə yolunda, Qaqarin kəndi yaxınlığında atəşma baş verib. Polislər hadisə yerindən “Kalaşnikov” avtomatının 25 gilizini tapıblar.

Xəstəxanalara yaralı aparılıb-aparılmadığı ilə bağlı araşdırma gedir.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ savaşı zamanı Ermənistan əhaliyə külli miqdarda silah paylamışdı. Həmçinin Ordumuzun önündən qaçan ermənilər də Azərbaycandan silahları ilə birgə geri qayıdırdılar. Hələ o zaman ekspertlər bu silahların ermənistanda uzun müddət bir-birilərinə qarşı istifadə ediləcyi barədə xəbərdarlıq etmişdi.

Teqlər: