Ukraynada genişmiqyaslı hava həyəcanı elan edildi

Ukraynada genişmiqyaslı hava həyəcanı elan edildi

Ukraynada genişmiqyaslı hava həyəcanı çağırışı elan edilib.

AzerTimes xəbər verir ki, buna Rusiyaya məxsus MiQ-31K qırıcı təyyarəsinin uçuşu səbəb olub.

Məlumatda Rusiyanın MiQ-31K qırıcı təyyarəsinin Savasleyka aerodromundan havaya qalxdığı bildirilib.

Buna görə də raket təhlükəsi ehtimal edildiyindən vətəndaşlardan hava həyəcanı çağırışını ciddiyə almaları xahiş olunub.

Qeyd edilib ki, bütün Ukrayna ərazisi raket təhlükəsini yaşaya bilər.

Teqlər: