Ukraynada daha bir fransız könüllü öldürüldü

Ukraynada daha bir fransız könüllü öldürüldü

Daha bir fransalı könüllü Ukraynadakı döyüş əməliyyatları zamanı öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz onun ölümü barədə kədərli xəbər aldıq. Ailəsinə başsağlığı veririk”, – nazirlik bildirib.

Onun adı və hansı istiqamətdə öldürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən bəri 8 fransalı könüllü öldürülüb.

Teqlər: