Ukraynada buna görə müharibə aparırıq – Putin

Ukraynada buna görə müharibə aparırıq – Putin

Rusiyanın Ukraynadakı addımları Qərbin dəstəklədiyi Kiyev rejiminin dinc əhaliyə qarşı açdığı müharibəni bitirməkdən ibarətdir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin sammitində çıxışı zamanı deyib.

“Rusiya öz mədəniyyəti, adət-ənənələri, dili, gələcəyi üçün mübarizə aparan insanlara dəstək vermək qərarına gəlib. Ukraynadakı addımlarımız yalnız bir şeyə hesablanıb: Qərbin və onların Ukraynadakı vassallarının Donbasda yaşayan insanlara qarşı başlatdığı müharibəyə son qoymaq. Qərb ölkələrinin dünyada hegemonluğu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb oldu. Əvvəlcə Qərb dövlətlərinin köməyi ilə bu ölkədə konstitusiyaya zidd dövlət çevrilişi həyata keçirildi, sonra isə bu çevrilişlə razılaşmayan insanlara qarşı müharibə başladı”, – Putin bildirdi.

Teqlər: