Ukraynada bu tapşırıq yerinə yetirildi – Peskov

Ukraynada bu tapşırıq yerinə yetirildi – Peskov

Ukraynanın demilitarizasiyası tapşırığı faktiki olaraq yerinə yetirilib.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RT kanalına müsahibəsində deyib.

O bildirib ki, Ukrayna getdikcə öz silahlarından daha az istifadə edir:

“Ukrayna xüsusi əməliyyat başlayan ərəfədə ciddi şəkildə silahlanmışdı. Ötən gün Vladimir Putinin də dediyi kimi, tapşırıqlardan biri demilitarizasiya idi. Faktiki olaraq bu tapşırıq böyük ölçüdə icra edilib, çünki Ukrayna öz silahından çox az istifadə edir. Hazırda Ukraynanın istifadə etdiyi silahların böyük əksəriyyəti Qərbin verdikləridir”.

Teqlər: