“Bayraqdar” pilotsuz uçuş aparatlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə salına bilər.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.
“Tikinti bir neçə ay çəkə bilər. Zavodun işə salınması isə 2023-cü ildə baş verə bilər”, – o bildirib.
Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukraynada “Bayraqdar” pilotsuz təyyarələrinin istehsalı zavodunun yaradılacağı təqdirdə dərhal vurulacağını bildirib.