Zaxarova: AB-nin bunu etməyə hüququ yoxdur

Zaxarova: AB-nin bunu etməyə hüququ yoxdur

AB ölkələri Şengen vizalarının bütün insanlara verilməsini tam məhdudlaşdırmaq hüququna malik deyil və əgər bu addımı atsalar dərhal öz millətçiliklərinə imza atacaqlar.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN sözcüsü Mariya Zaxarova siyasətçilərin ruslara turist vizalarının verilməsini dayandırmaqla bağlı çağırışlarına münasibət bildirərkən deyib.

“Onlar öz öhdəliklərinə əsaslanaraq, sadəcə hansısa bir qrup şəxsin ölkələrə girişini məhdudlaşdırmaq ixtiyarındadır. Amma burada söhbət bütöv bir xalqdan gedirsə, onlar ekstradisiyasını tamamilə məhdudlaşdırmaq hüququna malik deyil. Bu addımı atandan sonra onlar bütün demokratiya, liberalizm, azadlıq və onların “sıfır tolerantlıq”, ksenofobiya, millətçilik və s. adlandırdıqları şeyləri öldürəcək. Və artıq onları hansısa kosmetik gipsin arxasında gizlətmək mümkün olmayacaq”, – o bildirib.

Teqlər: