Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, 35 yaşlı zabit Elvin İlqar oğlu Novruzov meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.

O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.

Teqlər: