Ukraynada “Avroviziya”ya hazırlıq başladı

Ukraynada “Avroviziya”ya hazırlıq başladı

Ukrayna artıq Avroviziya-2023 mahnı müsabiqəsinə hazırlığa başlayıb.

AzerTimes xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu gün təşkilat komitəsi yaradıb.

Nazirlər Kabineti həmçinin təşkilat komitəsinin tərkibini təsdiqləyib.

Xatırladaq ki, Ukraynanın “Kaluş Orkestri” qrupu İtaliyanın Turin şəhərində keçirilən Avroviziya-2022-nin finalında qalib gəlib.

Qaydalara görə, Avroviziya-2023 Ukraynada keçirilməlidir. Həmçinin, qalib dövlət başqa ölkəyə ev sahibliyi etmək hüququnu ötürə bilər.

Teqlər: