Ukrayna Xarkovda uğur qazanır, ruslar qaçır

Ukrayna Xarkovda uğur qazanır, ruslar qaçır

Xarkov istiqamətində Ukrayna hərbçiləri uğurlu əks-hücum əməliyyatı keçirir və üç gün ərzində demək olar ki, 50 km irəliləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri yerli əhalinin dəstəyi ilə 3 gün ərzində demək olar ki, 50 km irəliləyib. Düşmənin ayrı-ayrı bölmələri xeyli itki verib. İşğalçılar yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikanı Olxovatka və Borodoyarskoye yaşayış məntəqələri ərazilərinə çıxarmağa çalışırlar. Onların mülki geyimli şəxsi heyəti fərariliyə əl ataraq Rusiya ərazisinə qayıtmağa çalışır. Gün ərzində 15-dən çox belə hal qeydə alınıb”, – məlumatda deyilir.

Teqlər: