Ukrayna Xarkovda uğur qazandı, ruslar geri çəkildi

Ukrayna Xarkovda uğur qazandı, ruslar geri çəkildi

Ukraynalı müdafiəçilər Dementyevka ərazisində rusların hücumunu dəf ediblər, düşmən geri çəkilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Xarkov istiqamətində düşmən əvvəllər tutduğu mövqelərin müdafiəsini davam etdirir. Onlar Xarkov şəhərinin ərazilərini – Pitomnik, Ukrainka, Pobeda, Dementyevka, Prudyanka yaşayış məntəqələrini tanklardan, minaatanlardan, top və raket artilleriyasından atəşə tutub. Ukrayna ordusu Dementyevka qəsəbəsi ərazisində düşmənin hücum cəhdinin qarşısını qətiyyətlə alıb. İşğalçılar geri çəkiliblər. Düşmən qoşunları Slavyan istiqamətində yenidən müdafiə mövqeyinə keçib. Ruslar Mazanovka, Dubravnoye və Krasnopolye ərazilərini müxtəlif çaplı artilleriyadan atəşə tutub”, – məlumatda deyilir.

Teqlər: