Ukrayna xalqının taleyi ABŞ-ı narahat etmir – Antonov

Ukrayna xalqının taleyi ABŞ-ı narahat etmir – Antonov

ABŞ-ın son addımları, o cümlədən Kiyevə yeni hərbi yardım paketi ayırması qərarı Vaşinqtonun Ukraynada siyasi nizamlama istəyinin olmamasına işarədir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Hazırkı münaqişənin uzanmasına görə kimin məsuliyyət daşıdığına kimsə şübhə etməməlidir. ABŞ administrasiyasının bütün hərəkətləri onların siyasi tənzimləmə istəyinin olmamasından xəbər verir”, – o bildirib.

Səfir Milad üçün elan edilən birtərəfli atəşkəsin də nəfəs almaq cəhdi olduğunu qeyd edib:

“Bütün bunlar Vaşinqtonun bizimlə son ukraynalıya qədər vuruşmaqda qərarlı olduğu anlamına gəlir. Ancaq Ukrayna xalqının taleyi amerikalıları qətiyyən narahat etmir”.

Teqlər: