Ukrayna xalqı heç kəsi unutmayacaq! – Zelenski

Ukrayna xalqı heç kəsi unutmayacaq! – Zelenski

Ukraynanın müstəqilliyi və rus təcavüzkarına qarşı müharibədə qələbə bütün həlak olan qəhrəmanlarımız üçün ən böyük ehtiram olacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Xalqımız Ukrayna uğrunda döyüşən, onun uğrunda canından keçən hər kəsi heç vaxt unutmayacaq. Qoruyacağımız və övladlarımıza, nəvələrimizə yaşadacağımız müstəqilliyimiz, qələbəmiz bu müharibədə həlak olanların xatirəsini ən gözəl şəkildə yad edəcək”, – Zelenski bildirib.

Teqlər: