Ukrayna və Rusiya arasında əyani danışıqların növbəti raundu Türkiyədə baş tutacaq

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında üzbəüz
danışıqların növbəti raundu 28-30 mart tarixlərində Türkiyədə baş
tutacaq.

AzerTimes-ın məlumatına görə, bunu özünün “Facebook” səhifəsində
Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament
fraksiyasının rəhbəri David Araxamiya yazıb.

“Bu gün videobağlantı vasitəsilə danışıqların növbəti raundunda
nümayəndə heyətləri arasında növbəti əyani danışıqların 28-30 mart
tarixlərində Türkiyədə keçirilməsi qərara alınıb”, – deyə
D.Araxamiya bildirib.