Ukraynanın nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında
danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna prezidentinin komandasından
xəbər veriblər.
Məlumatda qeyd olunub: “Rusiyadan təsdiqi gözləyirik. Təklifimiz
martın 7-dir”.
Hələlik danışıqların dəqiq vaxtı və mümkün yeri barədə məlumat
verilməyib.