Ukrayna və Polşa birlikdə tank mərmisi istehsal edəcək

Ukrayna və Polşa birlikdə tank mərmisi istehsal edəcək

Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.

AzerTimes xəbər verir ki, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.

“Dünən Ukrayna prezidentinin Polşaya rəsmi səfəri zamanı müvafiq sənəd Ukrayna dövlət holdinqinin baş direktoru və Polşa istehsalçısının rəhbərliyi tərəfindən imzalanıb”, – nazir bildirib.

Kamışin əlavə edib ki, mərmilər həm Ukrayna zavodları, həm də xarici şirkətlər tərəfindən istehsal olunacaq.

Teqlər: