Ukrayna Türkiyədə avtomobil zavodu tikdi – Video

Ukrayna Türkiyədə avtomobil zavodu tikdi – Video

Unikal yerüstü nəqliyyat vasitələrinin istehsalında ixtisaslaşan Ukraynanın “Sherp” şirkəti Türkiyədə öz zavodunun tikintisini başa çatdırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Daily Sabah” nəşri yazıb.

Məlumata görə, Bursada inşa edilən zavodun açılışı aprelin 26-na planlaşdırılıb. May ayında isə YETX yeni yolsuzluq avtomobilinin seriyalı istehsalına başlanılacaq.

Bildirilib ki, sözügedən avtomobil çətin relyef üçün nəzərdə tutulub. Avtomobil axtarış-xilasetmə əməliyyatları, meşə yanğınlarının söndürülməsində və çətin relyefli rayonlarda təcili tibbi yardım kimi istifadə oluna biləcək.

Teqlər: