Ukrayna Türkiyə ilə 12 saziş imzalayacaq – Baş nazir

Ukrayna və Türkiyə fevralın 3-də Azad Ticarət Zonası sazişi də daxil olmaqla dövlətlərarası 12 saziş imzalayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal ölkənin Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, imzalanacaq sənədlər iki ölkə arasında həm iqtisadiyyat, həm də yüksək texnologiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə çıxaracaq.

İclas zamanı Ukrayna hökuməti Türkiyə ilə Azad Ticarət Zonası sazişinin layihəsini təsdiqləyib.