Donbasda münaqişənin nizamlanması üzrə təmas qrupunun cümə
gününə planlaşdırılan fövqəladə iclası baş tutmayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə təmas qrupundakı Ukrayna
nümayəndə heyətindən bildiriblər.
“Ukraynanın Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyəti bildirir
ki, ATƏT-in ÜTQ-dəki koordinatorunun təşəbbüsü ilə 18 fevral
2022-ci il tarixində saat 18:00-da çağırılan ÜSQ-nin növbədənkənar
iclası təəssüf ki, baş tutmamışdır”, – deyə açıqlamada deyilir.
Bildirilir ki, iclas Rusiya tərəfinin imtina etməsi səbəbindən
baş tutmayıb.