UEFA “Qarabağ”la oyunda erməni təxribatı ilə bağlı “Marsel”ə qarşı iş açıb

UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”a
Fransada 3:1 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra “Marsel”ə
qarşı intizam işi açıb.

Trend-in
məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytında bildirilir.

Məlumata əsasən, klub tribunalarda qadağan olunmuş bannerin
açılması, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və
tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.

İntizam işi ilə bağlı qərarın tarixi daha sonra
müəyyənləşəcək.


Qeyd edək ki, dünən “Qarabağ” UEFA Konfrans Liqasının pley-off
mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa “Marsel”inin qonağı olub. “Velodrom” stadionunda oynanılan
qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa
çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın
gedişində təxribat xarakterli banner açılıb.

Teqlər: