Ukrayna taxta HİMARS-larla rusları necə aldadıb? – Şok

Ukrayna taxta HİMARS-larla rusları necə aldadıb? – Şok

Rusiya ordusu indiyədək ukraynalıların “yem” məqsədilə taxtadan düzəltdikləri HİMARS-lara azı 10 “Kalibr” raketi istifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna hərbçilərinin taxtadan düzəltdikləri HİMARS-ları Rusiya PUA-ları üçün real olanlardan fərqləndirə bilməyib. PUA-lar da “texnika”nın koordinatlarını Qara dənizdəki raket daşıyan gəmilərə ötürüb. Cəmi bir neçə həftə ərzində yalançı hədəflərə 10 “Kalibr” raketi atılıb. Hətta ukraynalıların bu addımı o qədər uğurlu olub ki, saxta HİMARS istehsalını genişləndiriblər.

Nəşr yazıb ki, rus hərbi komandanlığı indiyədək Ukraynanın aldığından çox HİMARS məhv etdiyini elan edib.

Teqlər: