Ukrayna taxılının daşınmasına icazə verildi

Ukrayna taxılının daşınmasına icazə verildi

Yaxın həftələrdə Qara dənizdə taxıl daşıyan gəmilərin hərəkəti üçün təhlükəsiz dəhliz fəaliyyətə başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbəsinə istinadla məlumat yayıb.

“Yaxın həftələrdə baş tutacağına ümid edirik. Zəmanət alınıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Türkiyədə Dolmabaxça sarayında Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.

Teqlər: