Ukrayna tanklarına yanacağı Rusiya verir? – Şok iddia

Ukrayna tanklarına yanacağı Rusiya verir? – Şok iddia

Rusiyanın “Rosneft” şirkəti hazırda həbsdə olan “Rosprirodnadzor” rəhbərinin keçmiş müavini Oleq Mitvolu və jurnalist Andrey Karaulovu məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bir neçə gün öncə Karaulovun Yutub kanalında Ukrayna hadisələri ilə bağlı müzakirələr zamanı Mitvol Ukrayna tanklarının yanacaqla təmin edilməsi məsələsinə toxunub. O bildirib ki, Ukrayna tanklarının dizeli neft kəməri vasitəsilə “Rosneft”in Samaradakı zavodundan göndərilir.

“Rosneft” isə onun bu fikirləri ilə razılaşmayıb və iyunun 17-də Moskva Arbitraj Məhkəməsinə müraciət edilib. Şirkət videodakı iddiaları həqiqətə uyğun olmayan və “Rosneft”in şərəf və ləyaqətini ləkələyən məlumat kimi tanımağı tələb edib.

Qeyd edək ki, iyunun 8-də Krasnoyarsk məhkəməsi “Rosprirodnadzor” rəhbərinin keçmiş müavini Oleq Mitvolu 900 milyon rubldan çox mənimsəmə işi üzrə həbs edib.

Teqlər: