Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün Teleqram kanalında yazıb.
O bildirib ki, sözügedən vəzifəni bundan sonra Aleksandr Pavlyuk icra edəcək.
Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.