Fransa İrəvana tam və qeyd-şərtsiz dəstəyini bəyan etdi

Fransa İrəvana tam və qeyd-şərtsiz dəstəyini bəyan etdi

Fransa Ermənistanın suverenliyini dəstəkləmək üçün qeyd-şərtsiz, tam və sarsılmaz öhdəliyini bir daha elan edir.

AzerTimes xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistan XİN başçısı Ararat Mirzoyanla Parisdə keçirdiyi görüşdə deyib.

Qeyd edək ki, ötən gün baş tutan görüşdə nazirlər ikitərəfli əməkdaşlıq layihələrinin gücləndirilməsi prioritetlərini, xüsusilə nəqliyyat, enerji və su ehtiyatları sahələrində infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin Avropa Birliyi ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsindən danışıblar.

Teqlər: