Ukrayna Səhiyyə Nazirliyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayını açıqlayıb

Ukraynada müharibədə iki gün ərzində 198 nəfər həlak olub,
onlardan üçü uşaqdır.

Trend-in
məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko
deyib.

O bildirib ki, bu müddət ərzində yaralıların sayı 1 115 nəfər
təşkil edib. Onlardan 33 nəfəri uşaqdır.

Qeyd edək ki, hərbi əməliyyatların ilk günündə 137 ukraynalının
həlak olduğu, 316 nəfərin yaralandığı deyilirdi.